08 iyun 2026,

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "Karyera Sərgisi 2"də iştirak edib

İyunun 11-də İqtisadiyyat Nazirliyi növbəti karyera sərgisində iştirak edib.

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, strukturuna daxil olan Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən karyera sərgisində stendlərlə təmsil olunub.

Sərgidə iştirakçılara İqtisadiyyat Nazirliyi və tabeli qurumlarında mövcud olan iş imkanları və vakansiyalar barədə ətraflı məlumat verilib.

Qeyd edək ki, sərgi tələbə, məzun və digər vətəndaşlara əmək bazarındakı imkanları daha yaxından tanıtmaq, işəgötürən qurum və şirkətlərlə birbaşa ünsiyyət qurmaq imkanı yaratmaq məqsədi daşıyır.