Naxçıvan şirkətlərinin beynəlxalq tədbirlərdə iştirakı təmin olunub
Naxçıvanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin işgüzar əlaqələrinin genişləndirilməsi və tərəfdaşlığın inkişafı istiqamətində tədbirlər davam etdirilir.
2025-ci ilin 8 ayı ərzində 7-si biznes-forum, 3-ü sərgi olmaqla keçirilmiş 10 beynəlxalq tədbirdə muxtar respublikada fəaliyyət göstərən 23 sahibkarlıq subyektinin 45 nümayəndəsi iştirak edib.
Sərgilərdə muxtar respublikada istehsal olunan müxtəlif çeşidlərdə vafli və lokum məhsulları, qazlı və qazsız mineral sular, enerji içkiləri, müxtəlif çeşiddə siqaretlər, aromatlaşdırılmış içkilər, spirtli içkilər, eləcə də Naxçıvan qovurması, göycə, bal, uşaq bezləri kimi məhsullar nümayiş olunub.
Sərgilərdə Naxçıvan sahibkarları xarici ölkələrdən olan həmkarları ilə görüşlər keçirib, məhsul ixracına dair müzakirələr aparıblar.
