22 iyul 2026,

    Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 2,1 dəfə artıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi vətəndaşların və hüquqi şəxslərin xidmətlərə çıxış imkanlarını asanlaşdırır, vaxt və resurslara qənaəti, həmçinin idarəetmədə şəffaflığı artırır.

Cari ilin yanvar-iyun ayları ərzində Xidmətə hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən 6522 elektron müraciət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 2,1 dəfə artım qeydə alınıb.