Naxçıvanda daşınmaz əmlak sahəsində elektron müraciətlərin sayı 93 faiz artıb
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən elektron xidmətlərin vahid platforma üzərindən təqdim edilməsi vətəndaşların və hüquqi şəxslərin xidmətlərə çıxış imkanlarını asanlaşdırır, vaxt və resurslara qənaəti, həmçinin idarəetmədə şəffaflığı artırır.
Cari ilin yanvar-may ayları ərzində Xidmətə hüquqi və fiziki şəxslər, o cümlədən notariat ofisləri tərəfindən 5194 elektron müraciət daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə elektron müraciətlərin sayında 93 faiz artım qeydə alınıb.
