Naxçıvanda dövlət əmlakının icarəsindən dövlət büdcəsinə daxilolmalar 17 faiz artıb
2026-cı ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 110 yeni icarə müqaviləsi bağlanılıb ki, bunlardan 79-u qeyri-yaşayış, 31-i isə torpaq sahələrinə aid olub. 134 icarə müqaviləsinin müddəti uzadılıb.
Yanvar-iyun ayları ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən ümumilikdə 419 min manat vəsait ödənilib. Ötən altı ayda dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17 faiz artıb.
