Naxçıvanda ixracın təşviqi və sahibkarlığa dəstək mövzusunda görüş keçirilib
Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi ilə Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) birgə təşkilatçılığı əsasında Naxçıvanda fəaliyyət göstərən 15 sahibkarın iştirakı ilə görüş keçirilib.
Tədbirin məqsədi sahibkarlara ölkə üzrə tətbiq olunan dövlət təşviq mexanizmləri, ixrac potensialının artırılması imkanları və mövcud dəstək alətlərini təqdim etmək olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin sektor müdiri Elşən Cəfərli çıxış edərək görüşün məqsədi və əhəmiyyəti barədə məlumat verib, sahibkarlığın inkişafının dövlət üçün prioritet istiqamət olduğunu vurğulayıb.
Tədbir zamanı Azərbaycan İxracatçılar Klubunun icraçı direktoru İqrar Qasımov və AZPROMO-nun əməkdaşı Əli Babayev ixracatçı sahibkarlar üçün nəzərdə tutulmuş imkanlar, ixracın təşviqinə yönəlmiş mexanizmlər, dövlət proqramları və müraciət prosedurları barədə ətraflı məlumat veriblər.
Sonda iştirakçıların sualları cavablandırılıb, sahibkarlarla fikir mübadiləsi aparılıb.
_25-12-2025_17-21-44.jpg)
_25-12-2025_17-21-39.jpg)