21 avqust 2026,

Naxçıvanda keçirilən hərracların sayı 2,4 faiz artıb

2026-cı ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən muxtar respublikada 39 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirmədən daxil olan 137,9 min manat vəsait muxtar respublika büdcəsinə ödənilib.

 Cari ilin 7 ayında muxtar respublikada 43 hərrac keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə keçirilmiş hərracların sayı 2,4 faiz çox olub.