Naxçıvanda keçirilən hərracların sayı 37,5 faiz artıb
2026-cı ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən muxtar respublikada 35 dövlət əmlakı özəlləşdirilib. Özəlləşdirmədən daxil olan 112 min manat vəsait muxtar respublika büdcəsinə ödənilib.
Cari ilin ötən dövründə muxtar respublikada 33 hərrac keçirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə keçirilmiş hərracların sayı 37,5 faiz çox olub. Ötən dövr ərzində keçirilmiş hərraclardan 34,8 min manat xidmət haqqı daxil olub.
