Naxçıvanda keçirilən “Karyera Sərgisi 2026”da İqtisadiyyat Nazirliyi təmsil olunub
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə gənclərin məşğulluq imkanlarının artırılması məqsədilə “Karyera Sərgisi 2026” keçirilib.
Sərgidə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi strukturuna daxil olan Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti ilə birlikdə xüsusi stendlə təmsil olunub.
Tədbir çərçivəsində iştirakçılara İqtisadiyyat Nazirliyində və strukturuna daxil olan qurumlarda mövcud olan vakansiyalar, işə qəbul prosedurları, karyera inkişafı imkanları və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, “Karyera Sərgisi 2026” tələbə, məzun və digər vətəndaşlara əmək bazarındakı imkanları daha yaxından tanıtmaq, işəgötürən qurum və şirkətlərlə birbaşa ünsiyyət qurmaq imkanı yaratmaq məqsədi daşıyır.
_25-06-2026_18-30-52.jpeg)
_25-06-2026_18-30-47.jpeg)
_25-06-2026_18-30-39.jpeg)
_25-06-2026_18-30-27.jpeg)
_25-06-2026_18-30-19.jpeg)