08 iyun 2026,

Naxçıvanda sahibkarlara 363 mənşə sertifikatı verilib

Cari ilin 9 ayında Naxçıvanda sahibkarlara 363 mənşə sertifikatı verilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 74 ədəd və ya 25,6 faiz çox olub.
Mənşə sertifikatları əsasən tikinti, mineral sular, meyvə-tərəvəz, tütün məmulatları və digər məhsulların ixracı üçün təqdim olunub. Əsas ixrac istiqamətləri Amerika Birləşmiş Ştatları, Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə, Tacikistan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və Fələstin olub.