Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 16,7 faiz artıb
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 35 lisenziya verilib. Verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 16,7 faiz artıb.
Cari ilin 8 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 4802 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 114,1 min manat vəsait daxil olub.
