13 oktyabr 2026,

Naxçıvanda vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz artıb

1 oktyabr 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası üzrə uçotda olan 56.810 vergi ödəyicisinin 94,7 faizi fiziki şəxslər, 5,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 6,9 faiz, o cümlədən fiziki şəxslərin sayı 6,9 faiz, hüquqi şəxslərin sayı isə 7,1 faiz artıb.

Qeydiyyatda olan kommersiya qurumlarının sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,6 faiz artaraq 1.966 olub. 2026-cı ilin yanvar - sentyabr aylarında kommersiya qurumlarının 81,8 faizi elektron qaydada, 18,2 faizi kağız daşıyıcısı əsasında qeydiyyata alınıb.