Naxçıvanda yeni ünvan verilən daşınmaz əmlak obyektlərinin sayı 32,4 faiz artıb
Bu ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 673 torpaq sahəsi, 108 mənzil, 93 fərdi yaşayış evi, 66 qeyri-yaşayış binası və 44 qeyri-yaşayış sahəsi olmaqla, ümumilikdə 984 daşınmaz əmlak obyektinə yeni ünvan verilib. Bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 32,4 faiz çoxdur.
Hesabat dövründə ümumilikdə 6924 daşınmaz əmlak obyektinə dair texniki sənəd hazırlanıb. Bunlardan 2481-i daşınmaz əmlakın texniki pasportu, 4443-ü isə torpaq sahəsinin planı və ölçüsüdür.
