Nazir Kazım Hüseynəliyev Culfada vətəndaşları qəbul edəcək
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev oktyabrın 30-da Culfa rayonundan olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Culfa Rayon İcra Hakimiyyətinin inzibati binasında keçiriləcək.
Vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 544-00-60 (daxili nömrə - 128) nömrəli telefonu və info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
