Nazir Kazım Hüseynəliyevin Ordubad rayonundakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyevin avqustun 11-də Ordubad rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Qəbul avqustun 13-də saat 10:00-dan başlayaraq 4 saylı Ərazi Vergilər İdarəsinin Ordubad şəhəri, H. Əliyev prospekti, 80A ünvanında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında keçiriləcək.
Vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 544-00-60 (daxili nömrə - 128) nömrəli telefonu və info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
