23 aprel 2026,

“Sahibkar Çətiri” Kəngərli rayonunda

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu və Bank Respublikanın birgə təşkilatçılığı ilə həyata keçirilən “Sahibkar Çətiri” layihəsinin növbəti mərhələsi Kəngərli rayonunda reallaşıb. Layihə çərçivəsində görüşlər 18 noyabr 2025-ci il tarixində Kəngərli rayonunun Xök və Qarabağlar kəndlərində baş tutub. 

Tədbir zamanı sahibkarlarla birbaşa görüşlər təşkil olunub, onların fikir və təklifləri dinlənilib, ehtiyaclarına uyğun dövlət maliyyə dəstəyi imkanları təqdim edilib. Həmçinin iştirakçılara güzəştli maliyyə vəsaitlərinin əldə olunması qaydaları, maliyyələşmə mexanizmləri və digər vacib məsələlər barədə ətraflı məlumat verilib.

Layihənin əsas məqsədi rayonlarda fəaliyyət göstərən sahibkarların dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması və onların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir. Tədbir çərçivəsində sahibkarlara maarifləndirici bukletlər təqdim olunub.