“Sahibkar Çətiri” Naxçıvan şəhərində
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu və Bank Respublikanın birgə təşkilatçılığı ilə həyata keçirilən “Sahibkar Çətiri” layihəsinin növbəti mərhələsi Naxçıvan şəhərində təşkil olunub. Layihə çərçivəsində görüşlər 20 noyabr 2025-ci il tarixində baş tutub.
Tədbir çərçivəsində sahibkarlarla birbaşa görüşlər keçirilib, onların fikir və təklifləri dinlənilib, ehtiyaclarına uyğun dövlət maliyyə dəstəyi imkanları barədə məlumat verilib. İştirakçılara güzəştli maliyyə vəsaitlərinin əldə edilməsi qaydaları, mövcud maliyyələşmə mexanizmləri və digər vacib prosedurlar ətraflı izah olunub.
Layihənin əsas məqsədi sahibkarların dövlət dəstəyi alətləri barədə məlumatlandırılması və onların maliyyə resurslarına çıxış imkanlarının artırılmasıdır. Tədbir zamanı sahibkarlara maarifləndirici bukletlər təqdim edilib.


