08 iyun 2026,

Sahibkarlara 8,4 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib

Sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə dəstəklənməsi regionlarda məşğulluğun artmasına və yerli istehsalın genişlənməsinə mühüm töhfə verir.

2025-ci ilin yanvar–avqust ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 106 layihəyə ümumilikdə 8 milyon 405 min 500 manat məbləğində güzəştli maliyyə dəstəyi göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyon 868 min 500 manat və ya 3,3 dəfə çoxdur.

Bu dəstək nəticəsində 92 yeni iş yerinin yaradılması nəzərdə tutulur.