28 sentyabr 2026,

Şəhid ailələri ilə görüşlər keçirilib

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbə qazandığı Vətən müharibəsinin başlanmasından altı il ötür. 27 sentyabr - Anım Günü qəhrəman şəhidlərimizin müqəddəs xatirəsinə dərin ehtiramın rəmzidir. 

Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev, Nazirliyin və tabeliyindəki qurumların rəhbər heyəti və nümayəndələri tərəfindən muxtar respublikanın şəhər və rayonlarında 28 şəhid ailəsi ilə görüşlər keçirilib, şəhidlərin məzarları ziyarət edilib.

Görüşlər zamanı şəhidlərin igidlik dolu ömür yolundan söz açılıb, onların əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğu vurğulanıb.

Şanlı tarix yazan qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyirik!