23 aprel 2026,

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsini təsdiq edən sənədin verilməsi üçün tələb olunan sənədlər

1. Sənədin adı: Ərizə;

Sənədin təqdim edilmə forması: Kağız daşıyıcıda

2. Sənədin adı: Ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

Sənədin təqdim edilmə forması: Kağız daşıyıcıda

3. Sənədin adı: Ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

Sənədin təqdim edilmə forması: Kağız daşıyıcıda

4. Sənədin adı: Sifarişçi ilə alıcı arasında bağlanmış müqavilənin surəti;

Sənədin təqdim edilmə forması: Kağız daşıyıcıda

5. Sənədin adı: Qaimə-fakturanın (invoysun) surəti;

Sənədin təqdim edilmə forması: Kağız daşıyıcıda

6. Sənədin adı: İxrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasının təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlərin surəti;

Sənədin təqdim edilmə forması: Kağız daşıyıcıda

7. Sənədin adı: İxrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya).

Sənədin təqdim edilmə forması: Kağız daşıyıcıda