23 aprel 2026,

Təsdiqedici sənədin alınması üçün tələb olunan sənədlər

1. İnvestisiya təşviqi sənədi almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən texnika, texnoloji avadanlıqlar və qurğuların idxalı üçün təsdiqedici sənədin alınmasına dair tələb olunan sənədlər

1.1. Təsdiqedici sənədi almaq üçün sahibkar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq təqdim edilən ərizə.

(ərizənin forması)

1.2. İdxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların siyahısı (siyahıda idxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların ABŞ dolları ilə dəyəri, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə kodu, adı, XİFMN-də göstərilən ölçü vahidində miqdarı göstərilməlidir);

1.3. İnvestisiya təşviqi sənədinin surəti.

1.4. İdxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların alınması ilə bağlı müqavilənin surəti;

1.5. Məhsulların gömrük ekspertizası XİFMN-kodla bağlı

2. Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən sənaye parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı üzrə təsdiqedici sənədin alınmasına dair tələb olunan sənədlər

2.1. İstehsal olunan məhsul vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumat (1 nömrəli əlavə)

2.2. Təsdiqedici sənədi almaq üçün sahibkar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.4-cü maddəsinə uyğun olaraq təqdim edilən ərizə.  (2 nömrəli əlavə)

2.3. İdxalı nəzərdə tutulan xammal və materialların alınması ilə bağlı müqavilənin və ya onların qanunla qadağan edilməmiş digər qaydada əldə edilməsini təsdiq edən sənədin surəti;

2.4. Xammal və materialların idxalı ilə bağlı müşayiət sənədlərinin surəti (ixrac və ya idxal bəyannaməsi, daşıma sənədi, qablaşdırma siyahısı və hesab-faktura).

2.5. Məhsulların gömrük ekspertizası XİFMN-kodla bağlı

3. Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı üzrə təsdiqedici sənədin alınmasına dair tələb olunan sənədlər

3.1. İstehsal olunan məhsul vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumat (1 nömrəli əlavə)

3.2. Təsdiqedici sənədi almaq üçün sahibkar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.4-cü maddəsinə uyğun olaraq təqdim edilən ərizə.   (3 nömrəli əlavə)

3.3. İdxalı nəzərdə tutulan texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların alınması ilə bağlı müqavilənin və ya onların qanunla qadağan edilməmiş digər qaydada əldə edilməsini təsdiq edən sənədin surəti;

3.4. Texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı ilə bağlı müşayiət sənədlərinin surəti (ixrac və ya idxal bəyannaməsi, daşıma sənədi, qablaşdırma siyahısı və hesab-faktura).

3.5. Məhsulların gömrük ekspertizası XİFMN-kodla bağlı

4. İnvestisiya təşviqi sənədi almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı üzrə təsdiqedici sənədin alınmasına dair tələb olunan sənədlər

4.1. İstehsal olunan məhsul vahidinə tələb olunan xammal və material sərfi normaları barədə məlumat (1 nömrəli əlavə)

4.2. Təsdiqedici sənədi almaq üçün sahibkar “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.2.1-18.2.4-cü maddəsinə uyğun olaraq təqdim edilən ərizə.   (4 nömrəli əlavə)

4.3. İnvestisiya təşviqi sənədinin surəti

4.4. İdxalı nəzərdə tutulan xammal və materialların alınması ilə bağlı müqavilənin və ya onların qanunla qadağan edilməmiş digər qaydada əldə edilməsini təsdiq edən sənədin surəti;

4.5. Xammal və materialların idxalı ilə bağlı müşayiət sənədlərinin surəti (ixrac və ya idxal bəyannaməsi, daşıma sənədi, qablaşdırma siyahısı və hesab-faktura).

4.6. Məhsulların gömrük ekspertizası XİFMN-kodla bağlı

QEYD: Xammal və materialları idxal edən rezidentlər təsdiqedici sənədin alınması üçün müraciətdən əvvəl bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən olunmuş formaya uyğun olaraq istehsal olunan məhsul vahidinə tələb olunan xammal və material sərfi normalarını Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edir və sözügedən normalar təhlil edilərək uyğunsuzluq aşkarlanmadığı halda təsdiqedici sənədin verilməsi və qiymətləndirilməsi zamanı rezidentə müvafiq məlumat verilir.