Anar Hüseyn oğlu Əhmədov
1978-ci il mayın 16-da Naxçıvan şəhərində anadan olub.
1996-2000-ci illərdə Naxçıvan Özəl Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə bakalavr təhsili alıb.
2003-2006-cı illərdə Naxçıvan Dövlət Universitetində İqtisadiyyatın tənzimlənməsi ixtisası üzrə magistr dərəcəsi alıb. Magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 2005-ci ildə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin “Elmi-təşkilati” şöbəsində mütəxəssis olaraq başlayıb.
2005–2015-ci illərdə Naxçıvan Muxtar Respublikasının İqtisadi İnkişaf, İqtisadiyyat və Sənaye, İqtisadiyyat Nazirliklərində nazir köməkçisi, sektor müdiri, şöbə müdiri və Aparat rəhbəri vəzifələrində çalışıb.
2015–2023-cü illərdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini vəzifəsində çalışıb.
Xaricdə və ölkədaxilində müxtəlif ixtisasartırma kurslarında iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
2024-cü ildən etibarən Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışır.
Ailəlidir, 2 övladı var.