13 iyun 2026,

Kazım Yaşar oğlu Hüseynəliyev

management

1987-ci il aprelin 28-də Naxçıvan şəhərində anadan olub.

2005-2009-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Menecment ixtisası üzrə bakalavr təhsili alıb.

2009-2012-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında Strateji idarəetmə ixtisası üzrə magistr dərəcəsi alıb. Magistratura təhsilini fərqlənmə diplomu ilə bitirib.

Xaricdə və ölkədaxilində müxtəlif təhsil müəssisələrində ixtisasartırma proqramlarında iştirak edib.

2012–2025-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf, İqtisadiyyat və Sənaye, İqtisadiyyat Nazirliklərində məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 24 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2024-cü ilin 11-22 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştirakına görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2024-cü il 10 dekabr tarixli “Təşəkkürnamə” ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il 6 may tarixli Qərarı ilə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilib.

Ailəlidir, 2 övladı var.